İranlı qadın idmançılar Avarçəkmə üzrə Asiya Çempionatının qızıl və gümüş medallarını qazanıblar - Zeynəb Novruzi və Fatimə Mücəlləl İran medallarının sahibi olublar

Tehran - İRNA - Zeynəb Novruzi Özbəkistanda keçirilən Asiya çempionatının qadınlar arasında yüngül çəkidə tək avarçəkmə yarışlarında İranın ilk medalını qazanıb. Fatimə Mücəlləl qadınların ağır çəkidə tək avarçəkmə yarışında Çinin olimpiya təmsilçisi və Özbəkistanın Rusiya Paralimpiya təmsilçisi avarçəkənləri ilə rəqabətdə gümüş medal qazanıb.

Oktyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərində avarçəkmə üzrə Asiya çempionatı başlayıb və İranın avarçəkmə üzrə milli komandası bu yarışlarda 5 idmançı ilə iştirak edir. 

Bu gün keçirilən ilk yarışda qadınlar arasında yüngül çəkidə tək avarçəkmə üzrə finalda Qazaxıstan, Honq-Konq, Özbəkistan, Vyetnam və Tailanddan olan rəqibləri ilə qarşılaşan Zaynəb Novruzi yekunda 8:02.721 dəqiqə nəticə ilə qızıl medala sahib olub. Bu yarışda Özbəkistan və Honq Konq təmsilçiləri gümüş və bürünc medal qazanıblar. 

Bugünkü yarışın davamında qadınların tək avarçəkmə yarışlarının finalında Çin Taypeyi, Çin, Özbəkistan, Honq Konq və Yaponiyadan olan rəqibləri ilə qarşılaşan Fatimə Mücəlləl yekunda 7:50.701 dəqiqə nəticə ilə gümüş medala sahib olub. 

0 Persons

Sizin rəyiniz

You are replying to: .